Daha bir xəstəxanaya baş həkim təyin olundu

12:54 12-10-2019 418

Bərdə Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamına əsasən, Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva tutduğu vəzifədən azad edilib. 

Nazirin digər əmri ilə onun yerinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadə təyin olunub.