“Maşın”da vəziyyət qızışır: “O ilanın oyununa mən düşdüm” - VİDEO

23:54 12-10-2019 629

Məni “rasxod”a vermək lazım deyildi. Vəziyyətimi bilə-bilə o məni “rasxod”a verdi. Burada deyir ki, dostuq. Mən də təsdiqləyirəm ki, həqiqətən də dostuq.  

HerGun.Az xəbər verir ki, bu sözləri aparıcı Lalə Mustafayeva ötən gecə qalib gəldikdən sonra digər iştirakçılarla söhbət edərkən deyib. 

“O, mənə deyir ki, haram olsun tamaşaçılarımın sənə göndərdiyi səslər. Canlı efirin bitməsinə 12 dəqiqə qalmış tamaşaçıya səsləndin. Yəni iki saat ərzində olmadı, nədi 12 dəqiqə olan məni xilas elədi? Əvvəldən istəyərdin də. Dost heç zaman deməz, Lalə, mən sənin hədəfin deyiləm ki? Sən necə dostundan şübhələnə bilərsən ki?”, - deyə L.Mustafayeva əlavə edib. 

Ramal İsrafilov isə Laləyə cavab olaraq “Mən sənin şəklini qutuya atmamışdım. Səhv etməyin onda oldu ki, aləmi qatdın bir-birinə. Özün bilərsən, kimi çıxardırsan. O kişi var idi burada qərarsız”, - söyləməsi Mustafayevanı daha da əsəbləşdirib.  

Lalə Ramala “Qərarsız bir tək mən idim? Hamı qərarlı idi? O ilanın oyununa mən düşdüm. Şoudan getsəydi, rahat olardıq” - deyərək sözlərini tamalayıb.  

İntriqa dolu dialoq isə efirə gedən süjetdə öz əksini tapıb. Canlı efirdə isə aparıcı Murad Dadaşov “ilanın” Niyam Salami olduğunu iddia edib.  

Niyam isə cavab olaraq özünü “sakit ilan” adlandırıb və Lalənin danışdığı şəxsin özü olduğunu təsdiqləyib. 

Rəşad Əliyev