Bakıda gənc oğlanı avtomobil vurub

05:36 13-10-2019 485

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində baş verib.

Belə ki, Beynəlxalq avtovağzalın yanında 1993-cü il təvəllüdlü Aslanlı Şəmşid Ağasəf oğlu piyada üçün müəyyən edilməmiş yoldan keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya çatdırılıb.