Gəncədə ev yanıb, xəsarət alanlar var - FOTO

16:09 13-10-2019 390

Gəncə şəhərində fərdi mənzillərdən birində yanğın hadisəsi olub.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsindəki 8 saylı binada qeydə alınıb.

Hadisə nəticəsində 1961-ci il təvəllüdlü Rzayeva Məhluqə Əliş qızı müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Yanğın zamanı iki azyaşlı uşaq xilas edilib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını cəlb olunub.

İlkin məlumatlara görə, yanğın elektrik naqillərində yaşanan qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.