Türklərdən biri oyundan qovuldu, digəri isə Almaniyaya qələbə gətirdi – VİDEO

07:09 14-10-2019 447

AVRO-2020 seçmə mərhələsində Almaniya millisi səfərdə Estoniyanı darmadağın edib.

HerGun.Az xəbər verir ki, Tallində keçirilən qarşılaşmada almanlar 3:0 hesabı ilə qalib gəliblər.

Qonaqların heyətində türk əsilli İlkay Gündoğan dubl edib, üçüncü topu isə Timo Verner vurub.

Oyunun 14-cü dəqiqəsində Almaniya millisinin digər türk əsilli futbolçusu Əmrə Can kobud oyuna görə oyundan qovulub.

6 turdan sonra Almaniya millisi 15 xal toplayaraq “C” qrupunda ikinci yeri tutur.