İran-Azərbaycan sərhədində insident: Sərhədçi bıçaqlandı - FOTO

09:36 14-10-2019 457

Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastava­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən BİR nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub. 

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­maqla sər­həd pozu­cusu təqib edilib, ərazidə axtarış təd­birləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənən 1 nəfər sərhəd pozucusu saxlanılıb. 

Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqa­vimət gös­tərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xə­sarət yetirib. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tib­bi yardım gös­tərilib, vəziyyəti qənaətbəxşdir.

Hadisə yerinə baxış zamanı bir ədəd bağlamada 790 qram mari­xuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.

Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilib, Tərtər rayo­nu­­nun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub. 

Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir.