Veteran cüdoçularımız dünya çempionatından yeddi medalla qayıdır

11:54 14-10-2019 530

Mərakeşin eyniadlı şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatının dördüncü günü də Azərbaycan millisi üçün uğurlu olub. 

HerGun.Az xəbər verir ki, ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçular Rəsul Səlimov (M-2, -90 kq) və Elxan Rəcəbli (M-2, -90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 

M-2 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan həmyerlimiz Vüqar Babayev yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalına layiq görülüb. Bu, Azərbaycan millisinin Mərakeşdə qazandığı yeddinci medal (beş qızıl, bir gümüş və bir bürünc) olub. 

Qeyd edək ki, əvvəlki yarış günlərində Fərhad Rəcəbli, Məmməd Məmmədov, Mübariz Cəfərov mundialda I, Müşviq Cəfərov isə III yeri tutub.