Bakıda anasını öldürüb meyitini yandıran oğula ağır - CƏZA

12:18 14-10-2019 613

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Tahir Bağırovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

HerGun.Az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.  

Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə bu il Sabunçu rayonu Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də baş verib. Həmin mənzildə yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb. Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.