Ərdoğan Bakı səfərindən danışdı

12:27 14-10-2019 439

Azərbaycan Prezidenti İlham Əliyevin dəvətilə oktyabrın 14-15-i keçiriləcək Türk Şurasının VII sammitində iştirak etmək üçün Bakıya yol düşürəm. Səfərimdə məni geniştərkibli nümayəndə heyəti müşayiət edəcək.

HerGun.Az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri öncəsi keçirdiyi mətbuat konfransında deyib:

“Bakıda ilk olaraq, İlham Əliyevlə görüşəcəm. Daha sonra xaricdə yaşayan türk iş adamları ilə bir araya gələcəyik”. 

Ərdoğan Türk Şurasının VII sammitinin əhəmiyyətindən danışıb.

O bildirib ki, sammitdən sonra şuraya üzv ölkələrin dövlət və hökumət başçıları ilə təkbətək görüşlər keçirəcək. 

Samir İsayev