Ramiz Həsənov: Türk Şurasının iclasında mühüm məsələlər müzakirə olundu

13:18 14-10-2019 523

Türk Şurasının iclasında mühüm məsələlər müzakirə olundu. Görüşün əhəmiyyəti ondan ibarətdir ki, Özbəkistanın da Şuraya üzvlüyü bu görüşə təsadüf edir.

Report-un xəbərinə görə, bunu Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

O bildirib ki, bu görüşlər əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək:

“Bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi mühüm məsələdir, bu görüşlər əməkdaşlığa töhfə verəcək”.

Nazir müavini qeyd edib ki, Türk Şurasının Macarıstanda nümayəndəliyinin açılması da əlamətdar haldır:

“Bu nümayəndəliyin Türk Şurasının Avropa İttifaqı ilə əlaqələrinin güclənməsinə imkan yaradacağına inanırıq”.