“Maşın”da finalöncəsi son gecə: Hədəfdə Kəmalədir - FOTO

22:36 14-10-2019 767

Ölkənin ən bahalı telelayihəsi “Maşın” realiti-şousunun “Maskarad” adlı sürətinin on dördüncü gecəsinə start verilib.  

HerGun.Az xəbər verir ki, ATV kanalında canlı yayıma çıxan şouda dörd məşhur, yəni 3 xanım (Suna Kasımoğlu, Lalə Mustafayeva, Kəmalə Piriyeva) və bir bəy (Ramal İsrafilov) böyük finalın bir addımlığında mübarizəyə başlayıb.  

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb.  

Beləliklə şounun finaldan öncəki son gecəsində şəkli iki dəfə qutuya atılan aparıcı Kəmalə Piriyeva olub. 

O, tribunaya çıxaraq oyunda qalıb, dəyəri 50 min manatlıq avtomobil uğrunda mübarizəsini aparmaq üçün tamaşaçılardan ona səs göndərmələrini rica edib:  

“Uşaq yaşlarımdan sizin qarşınızdayam. Hər bir televiziya tamaşaçısından dəstək gözləyirəm. Şounu final gecəsinin bir addımlığında tərk etmək istəmirəm”.  

Qeyd edək ki, bu gecə son dəfə tamaçılar iştirakçının oyundakı taleyi üçün SMS göndərəcəklər. Daha sonra finala çıxan üçlük güc, dözümlülük və iradə nəticəsində avtomobil uğrunda əsl mübarizəyə başlayacaqlar.  

Şounun iştirakçılarından Suna Kasımoğlu situasiyanı belə şərh edib: “Ya Kəmalə, ya da mən çıxacaqdım tribunaya. Güclü qadınla mübarizə aparmaq istərdim. Onun getməyinə səs göndərməsinlər. Kəmalə şouda qalsın” .  

Aparıcı Murad Dadaşov Kəmalə Piriyevaya səslənərək hədəfini soruşub.  

“14 iştirakçı mənə oyundan çıxartmaqla bağlı stress və həyacan yaşadıblar. Mən də istəyirəm ad çəkməyim və onlar da bu hissləri yaşasınlar. Özümdən və mənə gələcək səslərdən əminəm”, - deyə Kəmalə bildirib.