Kürdəmir sakini yanan maşınından qurtuldu - FOTO

07:36 15-10-2019 321

Kürdəmirdə avtomobil hərəkətdə olarkən qısaqapanma nəticəsində alışıb.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Pirli kəndində qeydə alınıb.

“Niva” markalı avtomobil kənd istiqamətində hərəkətdə olarkən​ yanğın başlayıb.

Sürücüsü, kənd sakini 1973-cü il təvəllüdlü Kərimov Uğur Sarıbala oğlu dərhal yolun kənarına sürərək avtomobili tərk edib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir rayon yanğından mühafizə idarəsinin 2 yanğınsöndürən maşını və 12 nəfər şəxsi heyəti cəlb olunub.

Yanğından sonra avtomobil tam yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.