Alla Puqaçovanı izləyən manyakın kimliyi keçmiş əri tərəfindən açıqlandı - VİDEO

00:00 16-10-2019 24

Dörd il ərzində SSRİ-nin Xalq artisti və Rusiya estradasının kraliçası Alla Puqaçovanın əri olan kinorejissor Aleksandır Stefanoviç NTV-də yayımlanan “Zvyozdı soşlis” teleşousunda müğənnini manyak Anatoli Nağıyevin təqib etdiyini açıqlayıb.

Aleksandrın sözlərinə görə, qatil sənətçiyə qorxunc məktub yollayıb. Məktubda yazılıb:

“Sən bu dünyada yaşamağa layiq deyilsən, çünki masada çılpaq rəqs edirsən”. 

Stefanoviç bildirib ki, bundan sonra o, polisə müraciət etmək qərarına gəlib. Rejissor  bildirib ki, onların evinə məşhur ilə danışmaq istəyən bir adam gəlib, amma o, müğənninin evdə olmadığını xatırladıb. Puqaçovanın keçmiş həyat yoldaşı tanımadığı şəxsi (qəribi) təsvir edərkən, hüquq-mühafizə orqanları müğənniyə gecəni başqa yerdə keçirməyi məsləhət görüblər.

Nəticədə Stefanoviçin özü Baş Poçt İdarəsinə gedib. Cinayətkar üzə çıxan kimi o, həbs olunub. Manyak üstündə balta gəzdirirmiş. Məlum olub ki, Nağıyev Ukraynanın Xarkov şəhərinə gedərkən qatarda çalışan 2 bələdçi qadını və 2 sərnişini öldürüb, cəsədlərini isə pəncərədən yerə atıb. Bundan əlavə, onun daha iki qurbanı olub.

Rejissor bildirib ki, manyak 1981-ci ildə güllələnərək, öldürülüb.

Rəşad Əliyev