Azərbaycan Avropa Oyunlarında dördüncü qızılını qazandı

19:36 29-06-2019 620

Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında Azərbaycan dördüncü qızıl medalını qazanıb.

HerGun.Az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının üzvü Alfonso Dominqes britaniyalı Benjamin Uitakerlə görüşüb.

Boksçumuz 3:2 hesabı ilə qələbə qazanıb. Bununla da idmançımız yarışın çempionu adına yiyələnib.

Bu, Azərbaycan boks millisinin Avropa Oyunlarında ikinci medalı olub. A.Dominqesə qədər Lorenso Sotomayor yarışların bürünc mükafatını əldə edib. 69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda uduzaraq üçüncü olub.

A.Dominqesin mükafatı Azərbaycan millisinin Minsk-də 23-cü medalı olub. Bunlardan dördü qızıl, yeddisi gümüş, on ikisi bürüncdür.

Səbuhi MUSAYEV