Putin Ərdoğanı Rusiyaya dəvət etdi

09:18 16-10-2019 364

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.  

HerGun.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Rabitə İdarəsi məlumat yayıb.

Bildirilib ki, liderlər ikitərəfli münasibətlər, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

R.T.Ərdoğan deyib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Barış pınarı” əməliyyatı terrorla mübarizəyə, Suriyanın ərazi bütövlüyünün qorunmasına, bu ölkədə siyasi tənzimləmə prosesinə öz töhfəsini verəcək.  

Kremlin mətbuat xidmətinin məlumatında isə bildirilib ki, V.Putin türkiyəli həmkarını yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib. 

Aqşin Kərimov