Azərbaycanlı aparıcı Viktoriya Bekhemlə görüşdü - FOTO

11:54 16-10-2019 836

ABŞ-a köçən aparıcı Günel Hümbətova dünya şöhrətli modelyer və dəb ikonası Viktoriya Bekhemlə görüşüb.

HerGun.Az xəbər verir ki, ABŞ-da “fashion” bloqerlik fəaliyyəti ilə məşğul olan Günel Viktoriyanın dəb gecəsində qonaq qismində iştirak edib.

Hümbətova dəb ikonası ilə birgə çəkdirdiyi fotoları şəxsi “Instagram” hesabında izləyiciləri ilə bölüşüb. O, Viktoriya ilə görüşünü bu cür şərh edib:

“Bu axşam qonağınız olmaq xoş oldu. Siz həmişə mənim üçün ilham mənbəyi olmusunuz. Məni  yaradıcılıq nümunələrinizin sərgiləndiyi bu özəl tədbirə dəvət etdiyiniz üçün çox şadam. Onu da qeyd edim ki, mən özüm də bunlardan istifadə edəcəyəm”.

Qeyd edək ki, Günel Hümbətova A BŞ-da yaşayan iş adamı azərbaycanlı Firuz Soliyevlə ailəlidir. Cütlüyün bir qız övladı var. Günel, həmçinin, Baku.tv-nin əməkdaşıdır. 

Rəşad Əliyev