Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir

13:05 16-10-2019 58

19-cu əsrdə Azərbaycana gələn dahi fransız yazıçısı Aleksandr Düma yazırdı: “Qafqazda olarkən Azərbaycan xalqında mükəmməl bir fakt gördüm. Belə ki, orada bir kəlmə söz Avropanın yüz hüquqi sənədindən daha etibarlıdır.”
Indi isə hər şey tamam dəyişib. Dümanın gördüyü azərbaycanlılar artıq yoxdur. Dələduzluq halları o qədər artıb ki, katostrofik həddə çatıb. Artıq qeyri-rəsmi əmrlə bir çox hallarda dələduzluq işlərinə görə cinayət işi belə açmırlar. İnsanları məhkəməyə yönəldirlər ki, mülki işdir, gedin orda həll edin.
Dələduzların əməlindən həm yerli vətəndaşlarla yanaşı əcnəbilər də əziyyət çəkir.
Azerinfo.tv-yə şikayətlə müraciət edən Bakı şəhər, Neftçilər prospekti87,mənzil 30-da kirayədə qalan Cürcüstan vətəndaşı, sahibkar Leyla Janasia bildirir ki, onun düz bir milyonluq malını mənimsəyiblər. Başını itirən qadın intihar həddinə çatıb.




Leyla Janasia təxminən 2006-cı ildə Bakıda olarkən Gürcüstan Respublikasının vətəndaşı, milliyyətcə azərbaycanlı olan Nailə Saxtarova ilə tanış olur.Həmən vaxt Leyla antik əşyaların satışı ilə məşğul olurmuş.
Azərbaycan dilini pis bildiyindən müştərilərlə ünsiyyət üçün Naira ona kömək etməyə başlayıb. Əvəzində o da Nairaya maddi yardım edib.
Sonradan məlum olub ki, dili bilmədiyindən illər ərzində Naira dələduzluq edərək əmlakını mənimsəyib.
Qeyd edək ki, Nairanın əsil adı 2006-cı ilədək Rebeka olub. Həmin il adını dəyişərək Naira olub. Bunun gələn saylarımızda yazacağıq.

Leyla işini böyüdür və BUM-da icarəyə mağaza götürür. Bu ərəfədə Arif adlı kişiyə ərə gedən Naira artıq Azərbaycan vətəndaşlığı almışdı.
O Leylaya təklif edir ki, vergi və sair məsələləri rahat həll etmək Azərbaycan vətəndaşına daha asandır. Ona görə mağazanı onun adına rəsmiləşdirsin.
Mağaza Nairanın adına rəsmiləşir, lakin vergini və icarə pulunu hər ay Leyla ödəyir.

2018-ci ildə Naira nəvəsini sünnət etdirərkən Leyladan müvəqqəti mebel əşyaları istəyir ki, evdəkilər köhnədir, qonaqlardan utanır.
Bu məqsədlə ümumi dəyəri 18 min ABŞ dolları olan mebel dəstini Leyla müvəqqəti istifadə üçün ona verir.
Lakin nə indiyənədək mebel qaytarılıb,nə də pulu verilib.

Bundan əlavə Naira keçmiş ərindən qalan mənzillə bağlı ərinin qohumları arasında yaranan məhkəmə mübahisəsi üçün çəkilmiş xərcləri ödəməkdən ötrü ondan 5200 ABŞ dolları borc alır.
O məbləği də hələ qaytarmayıb.
Bundan əlavə Nairanın tanışı olan Lalə adlı qadınla aralarında mübahisə yaranmış və sonradan müxtəlif adamlar vasitəsi ilə ona zəng etdirib hədə-qorxu gəlinib. Naira hadisənin qarşısını guya almaq məqsədilə öz kürəkəni, Tural adlı polis nəfərinin əli ilə onu aldadaraq 3000 dollar alıb.
Diğər bir epizodda guya vergi problemini həll etmək üçün vəkilə 1000 dollar vermək lazım olduğunu deyib. Sonradan aydın olub ki, o min dollardan vəkilə Tural cəmi 2150 dollar verib.

Vergu ilə bağlı maxinasiyalar davam edib. Leylanın azərbaycan dilini bilməməsi Naira-Tural cütlüyünün işinə yarayıb.
Bir müddət sonra Leylanı yenə vergi ilə bağlı şantaj edirlər. Deyirlər ki, bunun üçün 5 min ABŞ doları lazımdır.
Lakin həmin məbləğ Leyla Janasiada olmur.
Buna görə Naira və Tural ondan guya banka qoyub pul götürmək adı ilə 12 min dollarlıq antikvar əşya götürürlər.
Bundan sonra guya məsələni həll etdiklərini bildirərək yenidən bankdan götürdükləri 5 min dollar və 500 dolların faizləri bağlamaq, eyni zamanda götürdükləri 12 min dollarlıq əşyaları qaytarmaq üçün 5500 dollar pul istəyirlər.
Leyla bunun fırıldaq olduğunu başa düşdükdə 12 min dollarlıq əşyanı da qaytarmaqdan imtina edirlər.
Başqa bir epizod- antik əşyaların bəzilərində restavrasiya işlərinə zərurət yarandıqda həmin əşyalar Naira vasitəsilə Türkiyə vətəndaşı Cam adlı şəxsə təhvil verilib.

Sonradan Naira Cama deyib ki, malları qaytarma.
Üstəlik Naira BUM-dakı mağazanın açarların dəyişərək Leylanın ora girməsinə məhdidiyyət yaradıb.
Ümumiyyətlə gürcü sahibkarın başına gətirilən oyunda bir çox rəsmi şəxslərin də adı keçir . Leyla Janasianın söylədiyinə görə onlar dələduzlarla əlbir olublar.

Bunların arasında Miqrasiya Xidmətinin əməkdaşları,vəıkillər, polis işçiləri də var.

Ardı var.