Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi

13:54 16-10-2019 332

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-da keçirmək istədiyi mitinqlə bağlı müraciətinə cavab verib.

HerGun.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb.

Mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.