Məmmədyarovla Mnatsakanyanın növbəti görüşü bu şəhərdə keçirilə bilər

15:18 16-10-2019 410

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) növbəti görüşü bu ilin dekabrında Slovakiyanın paytaxtı Bratislavada baş tuta bilər.

HerGun.Az-ın Ermənistan KİV-nə istinadən xəbərinə görə, bunu Azərbaycanın işğal altındakı Xankəndi şəhərində ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, XİN rəhbərlərinin görüşü ATƏT ölkələrinin Xarici İşlər Nazirlərinin Sammiti çərçivəsində keçirilə bilər.

Aqşin Kərimov