Ərdoğan Pompeo ilə görüşdən imtina etdi - VİDEO

16:36 16-10-2019 466

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə gələcək ABŞ nümayəndə heyəti ilə görüşməyəcəyini bildirib

Ərdoğan fikirlərini “Sky News” telekanalının müxbirinə açıqlayıb. 

O bildirib ki, ABŞ nümayəndə heyəti türkiyəli həmkarları ilə görüşəcək. 

Ərdoğanın sözlərinə görə, əgər ABŞ Prezidenti Donald Tramp Türkiyəyə gəlsə, onunla görüşəcək. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə bağlı dövlət katibi Mayk Pompeonu və müşaviri Mayk Pensi Türkiyəyə göndərib.