Şəkidə yük maşını piyadanı vurdu - FOTO
17:36 16-10-2019 464
Şəkidə yük maşını piyadanı vurub.
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonunun Qoxmuq kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı yük maşını yolu keçmək istəyən kənd sakini - 1965-ci il təvəllüdlü Qeysəddinov Hüseyn Yunus oğlunu vurub.
Bədən xəsarətləri alan piyada dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.