Əcnəbi jurnalistlərin Quba səfəri - VİDEO

19:18 16-10-2019 706

“Qloballaşma dövründə medianın inkişaf trendləri: risklər və imkanlar" mövzusunda Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Qubaya səfər ediblər.  

Onlar rayonda bir sıra yerləri ziyarət edib. 

Yerli və xarici media nümayəndələrinə ilk olaraq  rayonun tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, Qubadakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verilib. Daha sonra konfrans iştirakçıları Quba “ASAN həyat” Kompleksi ilə yaxından tanış olublar.  

Diqqətə çatdırılıb ki, Quba “ASAN xidmət” Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərir. 

Media nümayəndələri daha sonra Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Burada qonaqlara ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilib.  

Qonaqlar kompleksin xatirə kitabına da ürək sözlərini yazıblar.