Gəncədə velosipedçi quyuya düşdü: vəziyyəti ağırdır

00:18 17-10-2019 341

Gəncə sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nərimanov prospektində qeydə alınıb.  

26 yaşlı Allahverdi Xanməmmədov velosiped sürərkən dərin quyuya düşüb. 

Yaralı ətrafdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 

İlkin tibbi yardım göstərilən şəxsin baş nahiyəsindən ağır xəsarət aldığı bildirilir. 

Faktla araşdırma aparılır.