Tülkü hava limanında “Boeing”ın uçuşuna maneə oldu - VİDEO

08:36 17-10-2019 547

Moskvanın Şeremetyevo hava limanında tülkü uçuş-eniş zolağına çıxaraq “Boeing”ın uçuşuna əngəl törətdi.

Hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Təyyarə uçuşa hazırlaşdığı zamanda tülkü onun qarşsından keçib. Mühərriklərin səs-kuyu heyvanı qorxudaraq zolağdan qaçmağa vadar edib.

Son zamanlar Moskva aeroportlarında tülkülərlə bağlı artıq bir necə hadisə baş verib. Belə ki, sentyabrda Domodedov hava limanında tülkü gözləmə zalında azmışdır.