Trampla Ərdoğanın “Twitter”də maraqlı yazışması - FOTO

01:09 18-10-2019 483

Türkiyə “Sülh çeşməsi” hərbi əməliyyatını dayandırdığını açıqladıqdan sonra ABŞ prezidenti Donald Tramp öz “Twitter” hesabında belə şərh edib: 

“Türkiyədən gözəl xəbərlər var. Təşəkkürlər, prezident Ərdoğan. Milyonlarla həyat xilas ediləcək”.

Türkiyə prezidentinin cavabı da özünü çox gözlətməyib. O, Trampın tvitinə belə cavab yazıb: 

“Terrora qalib gəlsək, daha çox həyat xilas edilər”.