Dağıstanda Joker peyda oldu: o maska taxıb əlində balta ilə məktəbə gəldi - VİDEO

05:54 18-10-2019 500

Dağıstanın Ulluay kənd sakini Joker maskasında məktəbə gələrək müəllimlərdən musiqinin səsinin azaldılmasını tələb edib. Təhsil müəssisəsinin işçiləri polis çağırıblar.

Levaşinski rayonu üzrə Rusiya DIN-nin polis işçiləri hadisə yerinə gələrək 33 yaşlı yerli sakini saxlayıblar. Polislər “Instagram”da onun ifadələrinin videoyazısını dərc ediblər.

Kişi izah edib ki, məktəbdən gələn güçlü musiqi səsi onun uşağının yatmasına mane olurdu. O qaynaq işləri görəcəyi sahəyə gedərkən yolüstü məktəbə girib və musiqinin səsini azaltmağı xahiş edib. O işini görməkdən ötrü maska geyib və əlinə balta ilə çəkic götürüb.

Kişi “Joker” filmi və onun qəhrəmanı haqqında məlumatı olmadığını bildirir.