Kürdlər rusiya hərbçilərinin olduğu karvanı 7 saat yolda saxladılar

08:45 18-10-2019 478

Kürd yaraqlıları Rakka yaxınlığında Suriya hökümət ordusunun maşın karvanının qarşısını kəsiblər.

ANNA-News” xəbər verir ki, karvanın tərkibində Rusiya hərbi polisi də olub.

7 saat davam dən danışıqlar nəticə verməyib və hərbçilər geri dönməyə məcbur olublar.

Kürdlər bildiriblər ki, onların Dəməşqlə razılaşması suriyalı qoşunların şəhərləri nəzarətə almasını nəzərdə tutmayıb. Yaraqlıların fikrincə hökümət qüvvələri Türkiyə ordusunun qarşısını almaqla kifayyətlənməlidirlər.