İmamoğlu Azərbaycan xalqını təbrik etdi
11:54 18-10-2019 412
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
HerGun.Az xəbər verir ki, Ə.İmamoğlu fikirlərini “Twitter” hesabında paylaşıb:
“Azərbaycanın Müstəqillik Gününü ürəkdən təbrik edirəm. Dost və qardaş xalqımıza neçə-neçə müstəqil və azad illər diləyirəm”.
Qeyd edək ki, 18 oktyabr Azərbaycanda Dövlət Müstəqillik Günü kimi qeyd edilir.
Azerbaycan’ın Bağımsızlık Günü’nü yürekten kutlarım. Dost ve kardeş halkımıza nice bağımsız ve özgür yıllar dilerim.