Ərdoğandan Trampın məktubuna - CAVAB

16:45 18-10-2019 349

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın ona göndərdiyi məktuba cavab verib.

Prezident mətbuat konfransında deyib: 

“Əlbəttə, Donald Trampın siyasi və diplomatik nəzakətdən uzaq məktubu mediada yer alıb. Sözsüz ki. biz bunu unutmamışıq. Unutmağımız da doğru deyil. Amma qarşılıqlı sevgi və hörmətimizə görə bunları gündəmdə saxlamamalıyıq.

Bu məsələ bizim üçün prioritet də deyil. Vaxtı gəldiyi zaman bu mövzu ilə əlaqəli lazım olanları edəcəyimizin də bilinməsini istəyirik”.