Tayvanda güclü zəlzələ

09:27 30-06-2019 493

Tayvanda 5,7 maqnitudalı zəlzələ olub.

Bu barədə Tayvanın seysmoloji xidmətinin yaydığı məlumatda deyilir.

Yeraltı təkanların episentri Sakit okean akvatoriyasında, 44,5 kilometr dərinlikdə olub.

Güclü zəlzələ əksər yaşayış məntəqələrində hiss edilib.

Dağıntı və tələfat haqqında məlumat yoxdur.

Qeyd edək ki, 23 milyon əhalisi olan Tayvan Şərqi Asiyanın ən aktiv seysmik zonalarının birində yerləşir.