“Emporio Armani”nin Bakıda möhtəşəm moda nümayişi: bəs sizin dəvətnaməniz var?

17:18 18-10-2019 379

“Emporio Armani” qış kolleksiyasının Bakıda keçiriləcək nümayişinə cəmi 6 gün qaldı! 

Bu qış bizi hansı dəbli yeniliklər gözləyir, ən məşhur İtaliya dizayneri bizim üçün sevgi ilə nə yaradıb, və bütün bunları necə geyinməli – bunların hamısı 24 oktyabr, axşam saat 19.00-da, brendin butikində, mövsümün ən parlaq şousunda açıqlanacaq. 

Sürprizlər burada bitmir! Şou üçün bütün dəst və obrazları “Armani” brendinin xüsusi ilə dəvət olunmuş stilisti hazırlayacaq. Tədbir zamanı stilist ilə tanış olub, söhbət etmək, dəbli məsləhətlər almaq mümkün olacaq. Həmçinin, 25 oktyabr butikdə stilist ilə fərdi məsləhət görüşləri keçirilək, müştərilər onun zövqü ilə dəstlər seçib, əldə etmək imkanı qazanacaqlar. Bu görüşlərə yazılmaq şansı, 24 oktyabr, şou zamanı mümkün olacaq.

“Emporio Armani”i, əsl italyan üslubu ilə seçilən ən populyar “Armani” məhsuludur. 25-35 yaş arası gənc şəhər sakinləri üçün yaradılan bu marka, bu gün parlaq, gözəçarpan, fərqli - bir sözlə, italyansayağı geyinmək istəyən hər yaşda olan kişilər və qadınları cəlb edir.

Son kolleksiyanin hər modeli ayrı ayrılıqda bir sənət əsəridir. Bir tərəfdən, son trendlərə uyğun olaraq, digər tərəfdən, illər ötdükdən sonra da ayrila bilməyəcəyiniz və yenidən geyinib, hər kəsi heyran etmək istəyəcəyiniz geyimlərdir. 

Kolleksiyada həm dəbdəbəli naxışı və rəngli astarı olan gödəkcələr, həm şəlalə tək axan ipək donlar, həm işgüzar standartlardan kənara çixmayaraq, sizin incəliyinizi və lütfünüzü vurğulayan kostyumlar, həm qapalı məkanda belə soyunmaq istəməyəcəyiniz atlas paltolar var. Və bu son deyil.

Kolleksiyanın nümayişi Rəsul Rza küçəsi 1/16 ünvanında, 24 oktyabr tarixində keçiriləcək. 
Tel: +99 450 250 3797