Zabratda “Opel” 64 yaşlı qadını vurub öldürdü

00:00 19-10-2019 447

Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində, “Seyid” marketin yaxınlığında qeydə alınıb.  

Belə ki, 1955-ci il təvəllüdlü Kərimova Esminaz Xudayar qızı mağazanın yaxınlığında yolu keçmək istəyərkən onu 62-BK-580 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı minik avtomobili vurub.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu