FHN əməkdaşları qəzaya görə avtomobildə sıxılı qalan şəxsi xilas ediblər

01:20 21-10-2019 407

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.