ABŞ Suriyadakı aviabazasını bombalayıb

01:40 21-10-2019 478

ABŞ hərbçiləri Suriyadakı özlərinə məxsus aviabazanı ölkədən çıxmaq üçün keçirilən əməliyyat zamanı məhv ediblər. Bu barədə SANA məlumat yayıb.

Hərbi nəqliyyat təyyarələri və helikopterlər üçün nəzərdə tutulmuş Əl-Kulayb bazasının bombalandığı bildirilir. 

Agentliyin məlumatına görə, daha əvvəl ABŞ hərbçiləri Tel-Tamr - Qamışlı şossesinin yaxınlığındakı Kasraq kəndindəki obyektlərini minalamışdılar. 

Qeyd edək ki, ABŞ-ın hava və quru yolu ilə minə yaxın əsgəri Suriyadan İraqa köçürəcəyi və orada “İslam dövləti” terror təşkilatının qüvvələri ilə mübarizəni davam etdirəcəyi bildirilir. Bütün köçürmə prosesi bir neçə həftə çəkəcək.