“Kamaz” idarəetməni itirib uşaq baxçasına çırpıldı – FOTO/VİDEO

07:40 22-10-2019 554

Xantı-Mansiyskda (Rusiya) “Kamaz” idarəetməni itirərək uşaq baxçasının divarına çırpılıb.

Life” xəbər verir ki, hadisə “Yoloçka” uşaq baxçasının ərazisində baş verib.

Yük maşını naməlum səbəblərdən idarəetməni itirib və yoldan çıxıb. O əvvəlcə hasarı sındırıb, sonra isə sürəti salmadan uşaq baxçasının divarına çırpılıb.

Zərbə baxçanın tibb məntəqəsinə tuş gəlib.

Xoş təsadüfdən heç kim xəsarət almayıb.