Tryudonun Liberal partiyası Kanadadakı seçkilərdə qalib gəlir

08:40 22-10-2019 609

Castin Tryudonun Liberal partiyası Kanadada keçirilən parlament seçkilərində qalib gəlir.

RİA Novosti” xəbər verir ki, bunu Kanada MSK-sının ilkin məlumatları göstərir.

Liberallara 37,5% seçici səs verib, onların əsas rəqibləri Mühafizəkarlar Partiyası 31,1% səs toplayıb. Beləliklə, liberallar parlament aşağı palatası İcmalar Palatasında 338 mandatdan 137-ni əldə ediblər.

Onların əsas rəqibləri Mühafizəkarlar Partiyası isə seçkilərdə 99 mandat qazanıb.

Qeyd edək ki, 2015-ci ilin seçkilərində liberallar daha çox səs toplaya bilmişdilər – 39,5%.