“Formula 1” Azərbaycan Qran-Prisinin biletləri neçəyədir? - QİYMƏT

18:40 22-10-2019 478

“Formula 1” Azərbaycan Qran-Prisinin qiymətləri açıqlanıb.

HerGun.Az-a verilən xəbərə görə, yarışı izləmək istəyən azarkeşlər üçün təklif olunan dörd günlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210-710 manat arasında dəyişir.

Dörd günlük biletlərə tətbiq olunan 20%-lik endirim kampaniyasından əlavə, 2-15 yaş arasında olan uşaqlar üçün xüsusi endirimlər təqdim olunacaq. Belə ki, azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Azyaşlılar üçün dörd günlük biletlər yalnız böyüklər üçün olan müvafiq biletlərlə birgə satılacaq. 

Yarışı ayaqüstü zonalardan izləmək istəyənlərə təklif olunan bir günlük biletlərə 20%-lik endirim şamil olunmayacaq və bu biletlər tam qiymətlə satılacaq. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri 110-190 manat aralığındadır.

Qeyd edək ki, Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan əcnəbilər biletləri 22 oktyabr – 15 yanvar tarixləri aralığında alarsa, 25%-lik endirimlə üzləşəcək. Onu da bildirək ki, yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən vəsiqələrin təqdim edilməsi tələb oluna bilər.

Səbuhi Musayev