Qaradağda pilot layihələrdə sakinlər aldadılıbEtiraz + Video

10:40 17-06-2019 29

Dünən bir qrup Qaradağ sakini Gilan və Qaradağ rayon icra başçısı Süleyman Mikayılova öz etirazını bildirib. 

“Yeni Sabah” xəbər verir ki, onlar çıxış edərək bildiriblər ki, bir müddət əvvəl qəzalı vəziyyətdə olan evlərindən köçürülmək üçün verilən sözlərə əməl olunmab və indi çox acınacaqlı şəraitdə yaşayırlar. 

Mənzillərin kvadrat sahəsinin kiçikliyi, tikintidə istifadə olunan materialların keyfiyyətsizliyi və digər məsələlər əsas problemlərdəndir. 

Yeni inşa olunmuş binalarda məskunlaşan sakinlər qeyd edir ki, dəfələrlə icra hakimiyyətinə getsələr də, ya onların səsinə səs verən olmur, ya da bir bəhanə ilə vaxtı uzadırlar. 

Artıq vəziyyətin dözülməz həddə çatdığını bildirən vətəndaşlar deyir ki, kiçik ölçülü mənzildə elə ailələr var ki, 6-7 nəfərlə yaşayır ki, bu da nə etik baxımdan, nə də yay fəsilinin istisində mümkünsüzdür. 

Sakinlər ölkə başçısına müraciət edərək, ondan kömək istəyib.