Tofiq Bəhramov adına Respublika Stadionunda ajiotaj olacaq

20:40 22-10-2019 497

UEFA Avropa Liqasının “Qarabağ” – APOEL (Kipr) oyunu üçün indiyədək satılan biletlərin sayı açıqlanıb. 

HerGun.Az xəbər verir ki, 31200 tamaşaçı tutumuna malik stadionda artıq 25 min bilet sahibini tapıb. 

Matç üçün ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat, 15 manat, 50 manat və VIP sektor üçün 70 manata biletlər də var.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.