Rostovda çeçenlərlə gürcülər arasında münaqışə qanlı olayla bitdi - FOTO

06:00 23-10-2019 546

Rusiyanın Rostov vilayətində silahlı insident baş verib. 

Meduza” xəbər verir ki, Çernozubovka xutorunda fermalardan birində baş verən atışmada 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məlumata görə, Batsiyevlər (çeçenlər) və Dakişvili (gürcülər) ailələri arasında münaqişə bir neçə il davam edib. Sonuncu epizod mal-qara üçün nəzərdə tutulmuş otlaq sahəsi ətrafında olub.

Haqq-hesabı çürütmək üçün təyin olunan görüşə ailə üzvlərindən 9-15 nəfər adam gəlib. Razılaşa bilməyən tərəflər silaha əl atıblar. 

Açılan atəş 5 nəfərin ölümünə səbəb olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Qalanlar isə hadisə yerindən naməlum istiqamətdə qaçıb.

Polis münaqişə iştirakçılarından bəzilərinin fotoşəkillərini dərc edib. Onların axtarışları davam edir.