“Bıstro”da 60 yaşlı kişini döydülər

02:00 24-10-2019 541

Nəsimi rayonunda kafedə döyülmə hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, “Bıstro” kafesində 1959-cu il təvəllüdlü Babayev Bəylər Bədirxan oğlu müştərilərdən biri ilə mübahisə zamanı döyülərək ağır xəsarət alıb.  

Yaralı xəstəxanaya yerləşdirilib.  

Ona qapalı kəllə beyin travması, burunun sınığı diaqnozu qoyulub.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu