Heyvan qatilinə aşiq olan vegetarian

03:00 24-10-2019 467

ABŞ-ın Vaşinqton ştatında yoqa müəllimi və kəskin vegetarian olan şəxs ovçu və balıqçı ilə evlənib. Bu barədə “Daily Mail” məlumat yayıb.

Belə ki, Tendi və Mitçell Rolen 12 il əvvəl 16 yaşında tanış olublar. Dörd il sonra, qadının nənəsi xərçəngdən öldükdə vegetarianlığa, daha sağlam bir həyat tərzi keçirməyə başlayıb.

2015-ci ilin yanvar ayında, Tendinin vegetariyan olmasından bir ay sonra Mitçell ona evlilik təklif edib.

Qadın evlilikdən sonra həyat yoldaşı ilə qidalanmada problemlər yaşadığını, hətta boşanmaya qədər getdiklərini bildirib:

“Amma sonra başa düşdüm ki, insanları dəyişmək mümkünsüzdür. Onlara sadəcə doğru olanı nümunə kimi göstərmək və anlayışla yanaşmaq lazımdır”.

Onun sözlərinə görə, ərinə təzyiqi saxladıqdan sonra həyatları daha rahat oldu. Bu gün onların 4 aylıq övladları da vegetariyandı. Onlara uşağa sərbəst seçim haqqını böyüdükdən sonra verməyi planlaşdırır.