Trampın mətbuat katibi davada xəsarət aldı

17:27 30-06-2019 544

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın hərbsizləşdirilmiş zonada görüşü zamanı gözlənilməz hadisə yaşanıb.

CNN telekanalının jurnalisti Cim Akosta Twitter-də yazıb ki, liderlərin görüşünü daha yaxşı işıqlandırmaq üçün əlverişli mövqe tutmaq istəyən ABŞ və Şimali Koreya jurnalistləri arasında dava olub.

Dava zamanı Ağ evin mətbuat katibi Stefani Qrişam xəsarət alıb. Qrişamın aldığı xəsarətin yüngül olduğu bildirilir.