Nənə ölümü ilə bütün ailənin həyatını dəyişdi

13:40 24-10-2019 523

İngiltərənin Mançester şəhərində bir ailə qohumunun ölümündən sonra altı ayda tanınmaz dərəcədə arıqlayıb.

51 yaşlı Syu Makqillivrey anası diabetdən öldükdən sonra həyat tərzini dəyişdirməyə qərar verib.

Qadın sağlam həyat tərzi keçirməyə başlamazsa, eyni aqibətin onu da gözlədiyini başa düşüb. Bu qərarda ona 56 yaşlı əri Roy, 24 yaşlı Ben və 28 yaşlı Simon adlı iki oğlu da dəstəkləyib.

Bütün ailə birlikdə idman zalına getməyə başlayıb və qida rasionuna dəyişiklik edib. Belə ki, onlar pizza, çipslər, qızartmalardan imtina ediblər.

Nəticədə, yarım il ərzində ailə üzvləri ümumilikdə 41 kiloqram arıqlayıb və əvvəllər yalnız xəyal edə bildikləri bədənə sahib olublar.

Qadın indi özünü yeni doğulmuş kimi hiss etdiyini deyir.