Dəhşətli qəzanın görüntüləri: Maşın piyadaların üstünə aşdı - VİDEO

14:20 24-10-2019 432

Rusiyanın Sankt-Peterburq şəhərində baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. 

Life.ru xəbər verir ki, hadisə oktyabrın 23-də baş verib. 

Qəza zamanı işıqforun qırmızı işığından keçən avtomobil digər maşına çırpılıb. 

Zərbənin təsirindən ikinci avtomobil yolu keçməyə çalışan piyadaların üzərinə aşıb. 

Qəza nəticəsində biri xanım sürücü olmaqla, səkkiz nəfər xəsarət alıb. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, qırmızı işıqda keçən avtomobilin sürücüsü korrupsiya ittihamı ilə axtarışdadır.