Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

10:54 17-06-2019 695

Suriyada Rusiya istehsalı olan “Mi-28HM” döyüş helikopterlərinin uğurlu sınağı keçirilib.

Bu barədə “İzvestiya” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu modeldən olan helikopter dağ şəraitində və çöl-səhra landşaftlarında hərbi tapşırıqların öhdəsindən layiqincə gəlib.

“Mi-28HM” desant, motoatıcı, tank qoşunlarına və kəşfiyyat dəstələrinə havadan dəstək göstərə bilir.

Helikopterin əsas üstünlüyü “N025E” radiolokasiya stansiyasıdır. Radar vintin altında yerləşir. Bu, helikopterin dairəvi kəşfiyyat aparmasına, yaxın çevrədə olan ərazinin radiolokasiya təsvirini əldə etməyə imkan verir.

“Gecə ovçusu”, həmçinin uçuş zamanı mühərrikin işini tənzimləyən müasir sistemlə təchiz olunub.