İlham Əliyevin təbrik məktubu Parsonsa çatdırıldı

16:20 24-10-2019 455

Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) Almaniyanın Bonn şəhərində keçirilən tədbirlərində iştirak edir. 

HerGun.Az xəbər verir ki, o, bu gün BPK-nın prezidenti Andrü Parsonsla görüşüb.

İ.Rəhimov BPK-nın 30 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu Endryu Parsonsa təqdim edib. 42 yaşlı braziliyalı Parsons təbrikə və diqqətə görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.

Sonra paralimpiya hərəkatının inkişafı sahəsində müzakirələr aparılıb.