Məşhur ekstrasens cinsini dəyişdi - FOTO

01:00 25-10-2019 764

Rusiyanın TNT telekanalında yayımlanan “Ekstrasenslərin döyüşü” proqramının ən məşhur iştirakçılarından biri, rəssam və model Culiya Vanq cinsiyyətini dəyişərək, kişi olub.

HerGun.Az xəbər verir ki, məşhur ekstrasens izləyicilərin önünə kişi cildində çıxaraq, onları mat qoyub. Şəxsi “Instagram” hesabında əməliyyat yolu ilə dəyişilmiş vücudunun yarıçılpaq fotosunu paylaşan Culiya üstəlik soyadını da dəyişib. Vanqı Culiya Tomasla əvəz edib.

Bundan əlavə, keçmiş Culiya pərəstişkarlarına onun heç vaxt qadın olmadığını izah edib, “cinsiyyət dəyişikliyi” və ya “transgender” ifadəsini təhqir hesab etdiyini bildirib:

“Mən cinsiyyətimi dəyişdirmək niyyətində deyiləm, kişiliyimdən məmnunam. Qız olmağı düşünmədim. Mən transgender deyiləm, amma bu cür insanların özləri olmaq cəsarətlərinə görə hörmət edirəm”.

Tomas, izləyicilərinə “interseksuallıq” termininin tibbi mənada nə demək olduğunu anladıb, kişi doğulduğu üçün heç bir cinsi dəyişmə əməliyyat keçirmədiyini söyləyib.

Qeyd edək ki, Culiya Vanq “Ekstrasenslərin döyüşü” şousunda ekstra hissi, gücü və bacarığı ilə verilən bir çox sınaqlardan uğurla çıxaraq, tamaşaçıları özünə heyran qoymuşdu. O daha sonra “Ekstrasenslər araşdırma aparırlar” proqramına qatılaraq, tapşırıqların öhdəsindən alnıaçıq çıxaraq, ən güclü ekstrasenslərdən biri olduğunu veriliş vasitəsi ilə sübuta yetirmişdi.

Rəşad Əliyev