Makedoniyalı İskəndərin olümünün əsl səbəbi müəyyən edildi

07:00 25-10-2019 757

Yunanıstanda Aristotel Universitetinin alimləri çoxillik araşdırmalar nəticəsində Makedoniyalı İsgəndərin ölüm səbəbini müəyyən ediblər.

Greek Reporter” xəbər verir ki, məşhur sərkərdəni şərab və yağlı yeməyə olan sevgisi öldürüb.

İsgəndərin həyatının son günləri araşdıran yunan alimləri belə qənaətə gəliblər ki, Makedonuya çarı pankreonekrozun (mədəaltı vəzi xəstəliyi) kəskin formasından dünyasını dəyişib. Bu xəstəlik sağlam olmayan qida və şərabın həddindən artıq istifadəsi zamanı yaranır.

Xatırladaq ki, Makedoniyalı e.ə. 323-cü ildə 32 yaşında vəfat edib. Müxtəlif zamanlarda sərkərdənin malyariya, tif, pnevmoniya və hətta zəhərlənmədən dünyasını dəyişdiyi ehtimal olunurdu.