Keçəlləşmənin yeni səbəbi aşkar edildi

08:00 25-10-2019 30

Tez-tez işdən sonra çalışmalar kişilərdə keçəlləşmə riskini iki dəfə artırır. Sonqyunqvan universitetinin koreyalı tədqiqatçıları bu nəticəyə gəliblər.

Tədqiqatın nəticələrini “Medikal Daily” dərc edib.

Tədqiqatçılar 2013-cü ildən 2017-ci ilədək 13,4 min kişi üzərində müşahidə aparıblar. Onlar sınaqdan keçənləri üç qrupa bölüblər. Birinci qrup həftədə 40 saat, ikinci- 52 saata kimi, üçüncü- 52 saatdan artıq işləyirdi. Həmçinin iş qrafiki, yaş, təhsil, ailə vəziyyəti, zərərli vərdişlər və başqa faktorların da nəticəyə təsiri nəzərə alınırdı.

Mütəxəssislərin fikrinə görə, həftədə 52 saatdan artlq işləyən kişilər keçəlləşmədən iki dəfə daha artıq əziyyət çəkirlər.

Nəticələrə görə artıq işləmə zamanı yaranan stres baş dərisində hormonal dəyişikliklər yarada bilər. Bu da şaç folikullarının inkişafının zəifləməsinə səbəb olur.

Kişilərdə keçəlləşmənin ilk simptomları 20 - 30 yaş arasında özünü biruzə verir. Buna  görə də ekspertlər onlara iş saatlarının miqdarına diqqət etməyi məsləhət görürlər.